Cümə axşamı, 18 İyul 2024 12:55

İlham Əliyev Lüksemburqun Baş naziri Lyuk Friden ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden ilə görüşüb.

Caspian Energy Media Prezidentin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələr müzakirə olundu.

Görüşdə Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyəti vurğulandı.

Lüksemburqun Baş naziri bu tədbirdə iştirak etmək niyyətində olduğunu diqqətə çatdırdı.

Daha ətraflı

 

Read 150 times