Cümə, 09 Avqust 2024 13:04

Qazaxıstan Prezidenti Yaponiyanın Baş naziri Fumio Kişida ilə telefon danışığı aparıb

Kasım-Jomart Tokayev Yaponiyada baş vermiş zəlzələ ilə əlaqədar ölkə xalqı ilə həmrəyliyini ifadə edərək ciddi fəsadlarla nəticələnməyəcəyinə ümidvar olduğunu deyib.

Həmsöhbətlər Qazaxıstan-Yaponiya əlaqələrinin hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, həmçinin regionlararası qarşılıqlı fəaliyyət məsələləri barəsində fikir mübadiləsi aparıblar.

Bu barədə Caspian Energy Media Qazaxıstan Respublikası Prezidentinin rəsmi saytına istinadən xəbər verir.

Read 149 times Last modified on Cümə, 09 Avqust 2024 13:38