Bazar ertəsi, 21 Oktyabr 2024 17:19

Qazaxıstan prezidenti Çexiyanın xarici işlər nazirini qəbul edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çexiyanın xarici işlər naziri Yan Lipavskini qəbul edib. Dövlət başçısı Qazaxıstan ilə Çexiya arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan uzunmüddətli və səmərəli əməkdaşlığı vurğulayıb.

Kasım-Jomart Tokayev və Yan Lipavski regional və beynəlxalq gündəlikdəki aktual məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Bu barədə "Caspian Energy Media" Qazaxıstan Respublikası Prezidentinin rəsmi saytına istinadən xəbər verir. 

Read 96 times Last modified on Bazar ertəsi, 21 Oktyabr 2024 13:41