Bazar ertəsi, 18 Noyabr 2024 13:42

İlham Əliyev Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Millətlər Birliyi təşkilatının (Commonwealth of Nations) Baş katibi Patrisia Canet Skotland ilə görüşüb.

Patrisia Canet Skotland COP29-un yüksək səviyyədə təşkilinə, ilk dəfə olaraq COP çərçivəsində kiçik ada dövlətləri ilə əlaqədar Zirvə toplantısının keçirilməsinə və Azərbaycanın COP Sədrliyinin prioritetləri sırasında bu dövlətlərin iqlim problemlərinin əsas istiqamətlərdən biri kimi müəyyən edilməsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.

 

Read 112 times