Çərşənbə, 13 Noyabr 2024 18:10

İlham Əliyev Çinin Baş nazirinin müavini ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Çin Xalq Respublikası Baş nazirinin müavini Din Süesən ilə görüşüb.

“Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlığa toxunuldu, Azərbaycanın bu layihəni dəstəklədiyi bildirildi və son dövrlərdə yükdaşımalarda artım müsbət amil kimi qeyd olundu. Azərbaycanın nəqliyyat infrastrukturunun və Bakı limanının potensialının artırılmasının gələcək yükdaşımalar üçün daha geniş imkanlar yaratdığı bildirildi.

Çinlə Azərbaycan arasında mədəni-humanitar əlaqələrin inkişafından, yüksəksəviyyəli qarşılıqlı səfərlərin intensivliyindən və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızdan məmnunluq ifadə olundu.

Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.

 

Read 62 times Last modified on Bazar ertəsi, 18 Noyabr 2024 16:17