Qırğızıstan Prezidenti Sadır Japarov Koreya Respublikasına rəsmi səfərə gedib.
S.Japarov ilə Koreya Respublikasının Prezidenti Yun Sok Yol və Milli Assambleyanın spikeri U Von Şik arasında ikitərəfli danışıqların aparılması planlaşdırılır.
Tərəflər Qırğızıstan-Koreya ikitərəfli əməkdaşlığını və onların inkişaf perspektivlərini müzakirə edəcək, həmçinin regional və beynəlxalq xarakterli məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar.
Bu barədə “Caspian Energy Media” Qırğızıstan Respublikası Prezidentinin rəsmi saytına istinadən xəbər verir.