Bazar ertəsi, 11 Noyabr 2024 17:57

İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərdən məmnunluq ifadə olundu, yüksəksəviyyəli qarşılıqlı səfərlərdə intensivlik qeyd edildi. Beynəlxalq təşkilatlarda əməkdaşlıq, həmçinin sənaye, infrastruktur, sərmayələr, bərpaolunan enerji sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.

 

Read 23 times Last modified on Çərşənbə, 04 Dekabr 2024 09:59