Bazar ertəsi, 23 Dekabr 2024 16:46

Ceyhun Bayramov Serbiya Prezidenti ilə görüşüb

Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

“Caspian Energy Media” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Görüşdə Azərbaycan-Serbiya strateji tərəfdaşlığından irəli gələn iqtisadiyyat, enerji, kommunikasiya, regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı müxtəlif mövzular müzakirə olunub.

Read 8 times