Çərşənbə, 08 Yanvar 2025 09:11

Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlər müzakirə edilib

Özbəkistanın xarici işlər naziri Baxtiyar Saidov Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev ilə görüşüb.

"Caspian Energy Media" xəbər verir ki, bu barədə nazir "X" hesabında yazıb.

O bildirib ki, hər iki ölkə qarşılıqlı münasibətlərdə misilsiz inkişafın şahidi olurlar.

Nazir qeyd edib ki, Azərbaycan və Özbəkistan ikitərəfli gündəmi inkişaf etdirmək üçün birlikdə çalışacaqlar.

Read 65 times