Cümə axşamı, 16 Yanvar 2025 19:37

Azərbaycan və Gürcüstan XİN başçıları qarşılıqlı faydaya əsaslanan əməkdaşlığı müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Botçorişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli formatda davam etdirilib.

Görüşlər zamanı Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi və humanitar ölçüləri və eləcə də regional gündəlikdə duran aktual məsələlər barədə müzakirələr aparılıb. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu barədə  “Caspian Energy Media” Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

 

Read 23 times Last modified on Cümə, 17 Yanvar 2025 11:42