Bazar ertəsi, 27 Yanvar 2025 12:57

İlham Əliyev Sloveniyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sloveniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qorazd Rençelin etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Söhbət zamanı Azərbaycanla Sloveniya arasında enerji sahəsində əməkdaşlığın inkişafına toxunuldu, Azərbaycan qazının Sloveniya bazarına çatdırılması əlaqələrimizin inkişafında mühüm addım kimi dəyərləndirildi. Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.

 

Read 43 times Last modified on Çərşənbə axşamı, 28 Yanvar 2025 06:56