Cümə axşamı, 30 Yanvar 2025 10:17

Ərdoğan Azərbaycan və Özbəkistan nümayəndə heyətlərini qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Özbəkistanın nümayəndə heyətlərini qəbul edib.

Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Özbəkistanın nümayəndə heyətinə xarici işlər naziri Bəxtiyor Saidov, investisiya, sənaye və ticarət naziri Laziz Kudratov və nəqliyyat naziri İlham Mahkamov daxildir.

Qəbul zamanı üçtərəfli görüşün yekunları, o cümlədən Azərbaycan, Türkiyə və Özbəkistan arasında əməkdaşlığın genişləndirilməsi üzrə gələcək planlar müzakirə edilib. Bu barədə “Caspian Energy Media” “Anadolu” agentliyinə istinadən xəbər verir.

 

Read 8 times