Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə görüşüb.
Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan Qoşulmama Hərəkatına və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrə qrantlar ayıraraq bu sahədə öz dəstəyini göstərir. Bu xüsusda, Qvinea-Bisaudan olan tələbələrə də qrantların verilməsi məsələsi müzakirə olundu.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və bununla bağlı nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili, həmçinin xarici işlər nazirləri vasitəsilə siyasi məsləhətləşmələrin aparılması məsələlərinə toxunuldu. Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.