Cümə, 07 Fevral 2025 10:51

Qazaxıstan prezidenti Gürcüstanın baş naziri ilə danışıqlar aparıb

Fevralın 6-da Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Gürcüstanın Baş Naziri İrakli Kobaxidze ilə görüş keçirib və ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib.

Görüş zamanı xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi boyunca yük axınının artırılması və tranzit infrastrukturunun modernləşdirilməsi məsələlərinə diqqət yetirilib.

Tərəflər, həmçinin, ticarət, enerji, investisiya, turizm, süni intellekt və rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Bundan əlavə, beynəlxalq gündəmin aktual məsələləri və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Bu barədə “Caspian Energy Media” Qazaxıstan Respublikası prezidentinin rəsmi saytına istinadən xəbər verir.

 

Read 19 times