Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Pakistan İslam Respublikasının Senatının sədri Seyid Yusuf Rza Gilanini qəbul edib.
Görüşdə Azərbaycan ilə Pakistan arasında iqtisadi-ticari, energetika və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, uğurlu hərbi əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Eyni zamanda, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsindən məmnunluq ifadə olundu, parlamentlərimiz arasındakı əlaqələrin və hökumətlərarası komissiyanın işinin əhəmiyyəti qeyd edildi.
Azərbaycan ilə Pakistan arasında əlaqələrin Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq formatında inkişafı və bu formatda üçtərəfli görüşlərin əhəmiyyətinə toxunuldu.
Qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi. Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.
{gallery}wrfw{/gallery}