Cümə axşamı, 27 Fevral 2025 15:10

Bakıda Qvineya-Bisau Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun fevralın 27-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qvineya-Bisau Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonu qarşıladı.

Qvineya-Bisau Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.

 

 

Read 23 times Last modified on Cümə axşamı, 27 Fevral 2025 12:30