Çərşənbə axşamı, 11 Mart 2025 11:12

Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın martın 11-də Bakıda rəsmi qarşılanma mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanı qarşıladı. Şimali Makedoniya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.

 

 

Read 8 times