Çərşənbə, 12 Mart 2025 12:42

İlham Əliyev BMT-nin Cenevrədəki ofisinin baş direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovayanı qəbul edib.

Söhbət zamanı BMT-nin müəyyənləşdirdiyi Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı fikir mübadiləsi aparıldı. Azərbaycanın bu Məqsədlərin həyata keçirilməsi istiqamətində sosial, iqtisadi və digər sahələrdə yaxşı nəticələr əldə etdiyi vurğulandı. Həmçinin ölkəmizin milli səviyyədə də dayanıqlı inkişaf məqsədini müəyyənləşdirdiyi bildirildi və bunun da nümunəvi xarakter daşıdığı qeyd olundu.

Görüşdə 2026-cı ildə Azərbaycanın UN-Habitat ilə birlikdə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyi vurğulandı, bu xüsusda birgə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı. Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.

 

Read 4 times Last modified on Çərşənbə, 12 Mart 2025 11:44