Cümə axşamı, 13 Mart 2025 15:06

İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç ilə görüşüb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XII Qlobal Bakı Forumuna dəvətə görə dövlətimizin başçısına təşəkkürünü bildirən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri bu Forumun yüksək səviyyədə təşkil olunduğunu, tədbir çərçivəsində qlobal gündəliyə aid mühüm məsələlərin müzakirə edildiyini vurğuladı.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari, enerji, mədəniyyət və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı. 

Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.

 

 

Read 3 times Last modified on Cümə, 14 Mart 2025 10:09