Çərşənbə axşamı, 15 Aprel 2025 18:29

Azərbaycan-Çin strateji tərəfdaşlığının müxtəlif aspektləri müzakirə edilib

15 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Çin Xalq Respublikasının ölkəmizdəki yeni təyin olunmuş səfiri Lu Meyi qəbul edib.

Keçirilmiş görüşdə Azərbaycan-Çin strateji tərəfdaşlığının siyasi, iqtisadi, ticarət, nəqliyyat-kommunikasiyalar, humanitar aspektləri, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.

İqtisadiyyat, ticarət, investisiyalar sahələri üzrə əməkdaşlığın genişləndirilməsi üçün geniş potensialın mövcudluğu qeyd edilib.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. 

Bu barədə “Caspian Energy Media” XİN-ə istinadən xəbər verir.

 

Read 13 times Last modified on Çərşənbə, 16 Aprel 2025 11:31