Cümə, 25 Aprel 2025 13:26

Ceyhun Bayramovla Kaya Kallas arasında geniştərkibli görüş başlayıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas arasında geniştərkibli görüş başlayıb.

“Caspian Energy Media” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Görüşdə Azərbaycan - Avropa İttifaqı münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, o cümlədən enerji, ticarət, nəqliyyat və yaşıl keçid kimi əməkdaşlıq sahələri, həmçinin Azərbaycanın regional əlaqələr və təmiz enerji təchizatına verdiyi töhfələr müzakirə olunub.

Read 8 times