Bazar ertəsi, 28 Aprel 2025 12:51

İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İran Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı qarşıladı. Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.

Read 6 times Last modified on Bazar ertəsi, 28 Aprel 2025 10:23