Cümə, 16 May 2025 18:00

İlham Əliyevlə Albaniyanın Baş nazirinin işçi nahar əsnasında görüşü olub

Mayın 16-da Tiranada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Albaniya Respublikasının Baş naziri Edi Rama arasında işçi nahar əsnasında görüş olub.

Dövlətimizin başçısı “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısının uğurla təşkil edilməsi münasibətilə Baş nazirə təbriklərini çatdırıb.

Söhbət zamanı Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin xüsusilə enerji sahəsində inkişafından, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib. Albaniyanın Korça şəhərinin Azərbaycan qazı ilə təchiz edilməsi layihəsinin önəmi vurğulanıb.

Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.

Read 5 times Last modified on Bazar ertəsi, 19 May 2025 10:03