Çərşənbə, 28 May 2025 11:25

Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib

Mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Laçın Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.

Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.

Read 5 times Last modified on Cümə axşamı, 29 May 2025 09:37