Milli Məclisin sədri Sahibə Qafarova iyunun 4-də Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji əlaqələrin dostluq və qardaşlıq əsasında inkişafından məmnunluq ifadə edilib.
Görüşdə parlamentlərimiz arasında qarşılıqlı fəaliyyətin dövlətlərimiz arasında əlaqələrin inkişafına müsbət təsir göstərdiyi qeyd olunaraq, vurğulanıb ki, bu gün qanunverici orqanlarımız arasında çox səmərəli əməkdaşlıq qurulub. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Bu barədə “Caspian Energy Media” Milli Məclisə istinadən xəbər verir.