Çərşənbə, 04 İyun 2025 17:45

Milli Məclisin sədri Sahibə Qafarova Belçika Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 4-də Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Julyen de Frepon ilə görüşüb.

Diplomat ölkələrimiz arasında iqtisadi, nəqliyyat, logistika, dənizçilik sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı üçün yaxşı imkanların olduğunu bildirib. O, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu qeyd edərək, Azərbaycanla Avropa İttifaqı arasında dialoqun dərinləşməsini dəstəklədiklərini vurğulayıb.

Bu barədə “Caspian Energy Media” Milli Məclisə istinadən xəbər verir.

 

Read 7 times