Cümə axşamı, 05 İyun 2025 12:58

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib

İyunun 5-də Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclası keçirilib.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda iştirak edib.

İclasda çıxış edən Əli Əsədov gündəlikdəki iqtisadi, hüquqi və humanitar sahələrə aid məsələlərlə yanaşı, MDB-nin fəaliyyəti ilə bağlı büdcə və kadr məsələlərinə də diqqət çəkdi.

İclasın yekununda MDB-yə üzv dövlətlərin hökumət başçıları tərəfindən bir sıra sənədlər imzalanıb.

Bu barədə “Caspian Energy Media” Nazirlər Kabinetinə istinadən xəbər verir.

Daha ətraflı

 
Read 5 times Last modified on Çərşənbə axşamı, 10 İyun 2025 10:09