Çərşənbə axşamı, 10 İyun 2025 19:35

Baş nazir Əli Əsədov Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

Özbəkistan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 10-da bu ölkənin Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafından məmnunluq ifadə olundu, əlaqələrin müttəfiqlik səviyyəsinə çatmasının əhəmiyyəti vurğulandı.

İkitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran bir çox sahələrdə inkişaf perspektivləri müzakirə edildi. Bu barədə “Caspian Energy Media” Nazirlər Kabinetinə istinadən xəbər verir.

Read 12 times Last modified on Çərşənbə, 11 İyun 2025 12:40