Milli Məclisin sədri Sahibə Qafarova iyunun 11-də Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Parlament Assambleyasının XIV plenar iclası çərçivəsində Özbəkistan Respublikası Ali Məclisinin Qanunverici Palatasının sədri Nurdinjon İsmoilov ilə görüşüb.
Görüşdə dost ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən razılıq ifadə olunaraq, Azərbaycanla Özbəkistanın bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyi qeyd edilib. Söhbət zamanı qeyd edilib ki, qanunverici orqanlarımız arasında əlaqələrin genişlənməsi ikitərəfli münasibətlərin inkişafına töhfə verir. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Bu barədə “Caspian Energy Media” Milli Məclisə istinadən xəbər verir.