Çərşənbə axşamı, 20 Avqust 2024 10:46

“Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək

Su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birlikdə növbəti dəfə açıq suda kütləvi üzmə yarışı keçirəcək.

“Caspian Energy Media” nazirliyə istinadla xəbər verir ki, avqustun 31-də Kür çayının iki sahili arasında təşkil ediləcək “Kürü keçək?!” adlı üzmə yarışında ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 13 yaşdan yuxarı hər kəs iştirak edə bilər.

“Sən də Kürü keçənlərdən ol” şüarı ilə keçiriləcək yarışa qoşulmaq istəyənlər 28 avqust 2024-cü il tarixədək (saat 12:00-dək) linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Read 360 times