Çərşənbə, 11 Sentyabr 2024 10:30

Millətlər Liqası: Azərbaycan yığmasının üzvü ən çox qurtarış edən qapıçıdır

Azərbaycan millisinin üzvü Mehdi Cənnətov Millətlər Liqasında ən çox qurtarış edən iki qapıçıdan biridir.

"Caspian Energy Media" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı qolkiper iki qarşılaşmada 12 "seyv" ilə yadda qalıb.

Estoniyalı Karl Yakob Heyn də eyni sayda qurtarış edib.

Qeyd edək ki, Azərbaycan millisi I turda evdə İsveçrəyə (1:3), ardınca səfərdə Slovakiyaya (0:2) uduzub.

Read 332 times