Çərşənbə, 21 May 2025 14:20

Baş nazir Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 21-də Dünya Minifutbol Federasiyasının prezidenti Filip Cuda ilə görüşüb.

Görüşdə mayın 21-dən iyunun 1-nə qədər Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının əhəmiyyəti qeyd edildi.

İdmanın inkişafının Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil etdiyi bildirildi, dövlət tərəfindən idmançılara göstərilən diqqət və qayğı barədə söhbət açıldı.

Söhbət zamanı ölkəmizdə minifutbolun inkişafı və kütləviləşməsi məqsədilə həyata keçirilən tədbirlər təqdir edildi, bu sahədə əməkdaşlıq məsələləri müzakirə olundu. Bu barədə “Caspian Energy Media” Nazirlər Kabinetinə istinadən xəbər verir.

Read 6 times Last modified on Çərşənbə, 21 May 2025 11:16