Bazar, 29 İyun 2025 14:23

Səyahət edənlərin nəzərinə! Türkiyədə yeni aviasiya qaydaları qüvvəyə minib

2025-ci ilin 2 may tarixindən etibarən Türkiyədə hava limanlarında və təyyarələrdə yeni aviasiya qaydası tətbiq olunmağa başlanıb. Bu qaydaya əsasən, təyyarə tam dayanmayana və ekipajın rəsmi elanından əvvəl oturacağından qalxan sərnişinlərə inzibati cərimə tətbiq olunur.

???? Cərimə məbləği: 1.250 türk lirəsi

???? Bu da təxminən 38–40 ABŞ dolları deməkdir (valyuta məzənnəsinə əsasən dəyişə bilər)

Bu niyə vacibdir?

❗ Təyyarə tam dayanmazdan əvvəl sərnişinlərin ayağa qalxması təhlükəsizlik baxımından ciddi risk hesab olunur.

???? Bu hal ekipaj üzvləri tərəfindən qeydə alınır və inzibati qaydada cərimə tətbiq edilir.

Kim sərnişinlərin təyyarədən çıxma ardıcıllığını müəyyən edir?

???? Artıq sərnişinlərin təyyarədən hansı ardıcıllıqla çıxacağına bort bələdçiləri (ekipaj) qərar verir. Bu, təhlükəsizlik qaydaları çərçivəsində həyata keçirilir və ədalətli yanaşmanı təmin edir. Artıq arxa sırada oturan sərnişinlərin irəliləyib keçidi bağlaması hallarına son qoyulacaq.

 

???? Düzü, bu yenilik məni sevindirdi. Hər dəfə eniş etdikdən sonra keçiddə gözlədiyim halda, arxadan gələnlərin qabağa keçməsi həmişə narahatlıq doğururdu. Bu qayda ilə hər şey mərhələli, təhlükəsiz və sivil şəkildə baş verəcək.

Bu qayda başqa ölkələrdə də tətbiq oluna bilərmi?

Bəli, bu çox realdır. Artıq bu cür təşəbbüslər Avropa İttifaqına üzv ölkələrdə və digər inkişaf etmiş regionlarda da müzakirə olunur.

Əgər siz tez-tez səyahət edirsinizsə, bu məlumatı qeyd etməyinizdə fayda var.

???? Tövsiyəmiz:

Təyyarə tam dayanmayana və ekipaj elan etməyənə qədər təhlükəsizlik kəmərinizi açmayın və yerinizdən qalxmayın. Bu həm təhlükəsizlik, həm də cərimədən yayınmaq üçün vacibdir.

 

Telman Əliyev, xüsusi olaraq Caspian Energy Media üçün

Read 4 times