Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 9-14 dekabr tarixlərində Türkiyənin 6 aparıcı turizm şirkətinin nümayəndələri üçün tanışlıq səfəri təşkil olunub.
İştirakçılara Azərbaycanın mədəni irsi, təbiəti və turizm imkanları təqdim edilib, həmçinin Naxçıvan Muxtar Respublikasının turizm potensialı nümayiş olunub.
Bu barədə “Caspian Energy Media” Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.