Çərşənbə, 17 İyul 2024 11:29

Azərbaycan və Çin dəmir yolları Orta Dəhlizin inkişafı üçün əməkdaşlığı genişləndirir

İyulun 15-də “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “Çin Dəmir Yolları” Dövlət Korporasiyasının baş direktorun müavini Sun Suyudenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Caspian Energy Media ADY-yə istinadla xəbər verir ki, görüşdə Orta Dəhlizlə keçən yüklərin çatdırılma müddətinin səmərəliliyinin və operativliyinin artırılması üçün blok qatarların tərkibində olan yüklər haqqında qısa deklarasiyanın təqdim edilməsi və gömrük nəzarəti zamanı yük sənədlərinin formalaşdırılma vaxtının sürətləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha ətraflı

Read 457 times