Cari ilin ilk günlərində 33 000 ton şəkər yükü ilə Qvatemalanın ən böyük dəniz limanı olan Puerto-Ketsal limanından yola çıxan ASCO-nun “Handysize” tipli “Xocalı” quru yük gəmisi təyinat nöqtəsinə çatıb.
Gəmi hazırda ABŞ-nin qərb sahilində, San-Fransisko şəhəri yaxınlığındakı Kroket limanında yükboşaltma əməliyyatını yerinə yetirir.
Qeyd edək ki, bu gəmi ASCO-nun Xəzərdənkənar sularda yükdaşıma potensialının artırılması və fəaliyyət coğrafiyasının diversifikasiyası məqsədilə ötən ilin mayında istismara verilib. Bu barədə “Caspian Energy Media” ASCO-ya istinadən xəbər verir.