ASCO Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Yaşıl gələcək” platforması çərçivəsində keçirilən ağacəkmə aksiyalarında iştiraka görə "ən yaxşı tərəfdaş” nominasiyası üzrə təltif edilib.
Bu nominasiya üzrə mükafatı Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ASCO-nun Dayanıqlılıq və emissiyaların idarəedilməsi üzrə direktoru Ələkbər Əzizliyə təqdim edib.
“Yaşıl Gələcək” layihəsinin məqsədi gələcək nəsillərə yaşana bilən bir dünya miras qoymaq üçün meşə ekosistemi xidmətlərinin davamlılığını təmin etmək, qlobal inkişaf məqsədlərinə nail olmaq, yaşıl gələcəyə gedən yolda mənalı izlər buraxmaqdan ibarətdir.
Bu barədə “Caspian Energy Media” ASCO-ya istinadən xəbər verir.