Çərşənbə axşamı, 18 Mart 2025 10:19

ASCO “EcoPilot” sisteminin tətbiqi ilə ekoloji dayanıqlılığı artırır

ASCO emissiyaların azaldılması istiqamətində innovativ texnologiyaların tətbiqini genişləndirir. Şirkət Ekoloji, Sosial, İdarəetmə (ESG) strategiyasına uyğun olaraq bu istiqamətdə daha bir mühüm addım ataraq, İsveç Krallığının “QTAGG” şirkəti ilə əməkdaşlıq çərçivəsində “EcoPilot” sisteminin tətbiqinə başlayıb.

Pilot layihə olaraq sözügedən sistem “RoPax” tipli “Azərbaycan” gəmi-bərəsində quraşdırılıb.

Gəmi-bərənin bu sistemlə həyata keçirdiyi ilk dəniz sınağı artıq uğurla başa çatıb. “EcoPilot”un tətbiqindən ümumi gözlənti isə ondan ibarətdir ki, gəmi hər səfərində yanacağa qənaət etməklə, emissiyaları təxminən 6% miqdarında azaltsın. 

Bu barədə “Caspian Energy Media” ASCO-ya istinadən xəbər verir.

 

Read 5 times Last modified on Çərşənbə axşamı, 18 Mart 2025 10:22