Cümə, 11 Aprel 2025 10:50

Qazaxıstanda Stadler sərnişin vaqonlarının seriyalı istehsalına start verilib

Qazaxıstanda İsveçrənin Stadler şirkətinə məxsus sərnişin vaqonlarının seriyalı istehsalına start verilib

Bu barədə "Caspian Energy Media" "Қазақстан темір жолы" milli şirkətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Ümumilikdə, 2030-cu ilə qədər 557 ədəd vaqonun istehsalı planlaşdırılır. İstehsal xəttinə kupe və plaskart tipli vaqonlar, məhdud hərəkət imkanlı sərnişinlər üçün xüsusi vaqonlar, eləcə də generator vaqonları daxil olacaq. Məhsullar ölkənin iqlim şəraitinə və şəhərlərarası böyük məsafələrə uyğunlaşdırılıb. Zavod, eyni zamanda, vaqonların 20 il ərzində texniki baxımını da təmin edəcək.

Read 32 times Last modified on Cümə, 18 Aprel 2025 10:57