Cümə axşamı, 22 May 2025 13:23

Azərbaycan və Türkiyə nəqliyyat sahəsində əməkdaşlığı genişləndirməyə hazırlaşır

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün ilə görüş keçirib.

Görüş zamanı iki qardaş ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Tərəflər avtomobil nəqliyyatı, dəmir yolu, aviasiya və Orta Dəhlizin inkişafı istiqamətində birgə fəaliyyət perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Nazir qeyd edib ki, bu sahələr üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi regionda nəqliyyat əlaqələrinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

“Caspian Energy Media” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Facebook" sosial şəbəkəsindəki hesabında bildirib.

Read 5 times Last modified on Cümə axşamı, 22 May 2025 10:35