Cümə axşamı, 22 May 2025 11:06

“Skoda Group” ilə əməkdaşlıq perspektivləri müzakirə edildi

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Skoda Group” şirkətinin baş icraçı direktoru Petr Novotnı ilə görüş keçirib.

Görüşdə “Skoda Group” öz xidmət və məhsulları barədə ətraflı məlumat verib. Şəhər mobilliyi sahəsində həyata keçirilən layihələr çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub.

“Caspian Energy Media” xəbər verir ki, bu məlumat nazirin “Facebook” hesabında paylaşılıb.

Read 7 times Last modified on Cümə axşamı, 22 May 2025 11:11