Super User

Super User

Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Caspian Energy Media nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

6 августа Президент Азербайджанской Республики Ильхам Алиев принял секретаря Совета безопасности Российской Федерации Сергея Шойгу.

Об этом сообщает Caspian Energy Media со ссылкой на Официальный сайт Президента Республики Таджикистан

Подробнее

Bakıda 18 sentyabr 2024-cü il tarixində “Caspian Investment Week” çərçivəsində “Caspian Energy Club” və “Enermus” QSC-nin birgə təşkilatçılığı ilə 1-ci Beynəlxalq “Caspian Gas Industry Forum” keçiriləcək. Bu barədə “Enermus” şirkətinin təsisçisi və “Caspian Energy Club”ın energetika komitəsinin nəznində fəaliyyət göstərən qaz sənayesi üzrə işçi qrupunun sədri Zaur Mustafayev bildirib.

“Yaşıl dünya naminə həmrəylik ili”, “Əsrin müqaviləsi”nin 30 illiyi və “Caspian Energy” brendinin 25-ci il dönümünə həsr olunmuş tədbirlər çərçivəsində təşkil olunacaq 1-ci beynəlxalq “Caspian Gas Industry Forum” qaz sənayesində innovativ texnologiyalar, davamlı inkişaf və ekologiya, eləcə də gələcək tendensiyalar və investisiya imkanları kimi mühüm mövzular üzrə bilik və təcrübə mübadiləsini əhatə edəcək. Tədbir iştirakçıları həmçinin qaz hasilatı və emalı proseslərinin optimallaşdırılması yollarını, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi və karbon izinin azaldılması imkanlarını müzakirə edəcəklər.

“2024-cü ilin noyabr ayında Azərbaycanın ev sahibliyi ilə baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 beynəlxalq konfransının keçirilməsini nəzərə alsaq forumda müzakirə olunacaq mövzular ölkəmiz və bütövlükdə region üçün böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə həyata keçirilən və planlaşdırılan layihələr haqqında məlumat forumun prioritet istiqaməti olacaq”, — Zaur Mustafayev diqqətə çatdırıb.

Zaur Mustafayev həmçinin ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar, "yaşıl" iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, ənənəvi və bərpa olunan enerji mənbələrin istifadəsi, bu sahədə yüksək texnologiyanın tətbiqi və s. mövzular ətrafında fikir mübadiləsinin aparılacağını bildirib.

Zaur Mustafayevin təqdim etdiyi məlumata görə, “Regionların qazlaşdırılması prosesində beynəlxalq standartların və təhlükəsizlik sistemlərinin tətbiqi” və “Qaz təsərrüfatında “yaşıl” və innovativ texnologiyaların tətbiqi” 1-ci Beynəlxalq “Caspian Gas Industry Forum”un əsas mövzuları sırasında yer alacaqlar.

Bundan əlavə, Qarabağın “yaşıl enerji” zonasına çevrilməsindən söz edən Zaur Mustafayev “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində işğaldan azad edilmiş regionda enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, burada bu istiqamətdə görülən işlərə dəstək və maliyyələşdirmə, ekosistemin bərpası, innovasiyaların tətbiqi kimi məsələlərin də müzakirəyə çıxarılacağını qeyd edib.

1-ci Beynəlxalq “Caspian Gas Industry Forum”da qaz sənayəsindən əlavə olaraq iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən bir sıra dövlət və özəl şirkətlərin top-menecerlərin və nümayəndələrinin iştirakı gözlənilir.

“Ümidvaram ki, forum beynəlxalq əməkdaşlığı gücləndirməyə və qaz sektorunda innovativ həlləri təşviq etməyə kömək edən əlamətdar hadisəyə çevriləcək və əsas sənaye oyunçuları arasında əlaqələrin möhkəmlənməsinə, yeni texnologiyaların və təcrübələrin tətbiqini sürətləndirməsinə mühüm töhfə verəcək. Bu qənaətə gəlməyə 1-ci Beynəlxalq “Caspian Gas Industry Forum”a dəvət olunan beynəlxalq şirkətlərin rəhbərlərinin iştirakı əsas verir”, — Zaur Mustafayev qeyd edib və əlavə edib ki, daha ətraflı məlumat ən qısa zamanda ictimaiyyətin diqqətinə çatdırılacaq.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin yeddi ayı ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataq bloku üzrə gəlirləri açıqlayıb.

Caspian Energy Media Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaydığı məlumata istinadla xəbər verir ki, AÇG yatağından 2024-cü ilin əvvəlindən avqustun 1-i tarixinə 3 milyard 607,7 milyon dollar gəlir əldə olunub.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə AÇG yatağından 4 milyard 158 milyon dollar gəlir əldə edilmişdi.

Özbəkistan Respublikasının “Amudarya rayonunun su sistemlərinin yenidənqurulması” layihəsi üzrə Asia İnkişaf Bankı tərəfindən keçirilən tenderin qalibi elan olunmuşdur.

“Caspian Energy Media” “Marja”ya istinadən xəbər verir ki,bir neçə beynəlxalq və yerli şirkətlərin  - “China Civil Engineering Construction Corporation”, “China National Aero Technology İnternational Engineering Corporation”, “Hisorakgidro Qurilish LLC”, “JV Rakurs Sevice LLC” və “Esco Group”, “Stecol Corporation” və “Yangi Avlod Qurilish” -  iştirak etdiyi tenderdə Azərbaycan şirkəti “ArchiCO Engineering Company” qalib elan olunmuşdur.

 

“ArchiCO Engineering Company” Azərbaycanda da su və kanalizasiya infrastrukturunun tikintisində böyük təcrübəyə malikdir. Şamaxı, Ağdaş, Qəbələ, Samux şəhərlərinin, Abşeron ərazisində bir çox yaşayış məntəqələrinin su və kanalizasiya sistemlərinin yenidənqurulması işlərini həyata keçirən şirkət qazandığı təcrübədən beynəlxalq layihələrdədə uğurla istifadə etməyi qarşısına məqsəd qoymuşdur.

Daha ətraflı

Вторник, 06 Август 2024 10:12

Növbəti CEO Breakfast təşkil olunacaq

9 avqust tarixində “Caspian Energy Club”ın təşkilatçılığı ilə CEO Breakfast keçiriləcək. Bu barədə “Caspian Energy Club”ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev bildirib.

Səhər yeməyi formatında keçirilən bu görüşlər iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 80-dən çox şirkət nümayəndəsini bir araya toplanır. CEO Breakfast-a qatılan şirkətlər səmərəli işbirliyi üçün geniş imkanlar təqdim edən B2B görüşlərdə iştirak edib, networking bağlarını daha da möhkəmləndirmək üçün imkanlar əldə edirlər.

9 августа при организации «Caspian Energy Club» будет проведен CEO Breakfast. Об этом сообщил председатель и главный исполнительный директор группы Caspian Energy Club Тельман Алиев.

Данные встречи, которые проходят в формате завтрака, собирают более 80 представителей компаний, представляющих различные отрасли экономики. Компании, принимая участие в B2B-встречах, получают обширную возможность для эффективного сотрудничества и последующего укрепления networking связей.

Вторник, 06 Август 2024 11:45

Bu gün “Qarabağ” “Ludaqorets”lə qarşılaşacaq

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində ilk oyununa çıxacaq. Komanda Bakıda Bolqarıstanın “Ludoqorets” kollektivini qəbul edəcək.

Caspian Energy Media AFFA-ya istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. İsveçrədən olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Qırğız Respublikasının təbii resurslar, ekologiya və texniki nəzarət naziri vəzifəsini icra edən Azis Saparaliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Caspian Energy Media nazirliyə istinadən xəbər verir ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Вторник, 06 Август 2024 11:08

Azərbaycan neftinin qiyməti azalıb

Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.

Caspian Energy Media AZƏRTAC-a istinadən xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,97 dollar və ya 1,2 faiz azalaraq 79,73 dollar olub.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ