Super User

Super User

“Caspian Energy Club”ın təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyevin iştirakı ilə növbəti “B2G Forum” keçirilib. Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.

“B2G Forum”da  iqtisadiyyatın həm neft, həm də qeyri-neft sektorunu təmsil edən bir sıra dövlət və özəl şirkətlərin top-menecerləri və nümayəndələri iştirak edib.

Iştirakçıları salamlayan tədbirin fəxri qonağı Vüsal Şıxəliyev “Caspian Energy Club”a təşəkkürünü bildirib və Klub üzvləri ilə əməkdaşlığın inkişafı üçün əlindən gələn töhfələri verməyə davam edəcəyini vurğulayıb.

“B2G Forum” çərçivəsində Vüsal Şıxəliyev tərəfindən “Biznes mühitinin daha da yaxşılaşdırılması üzrə prioritetlər və özəl sektorla əməkdaşlıq” barədə edilən təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və interaktiv fikir mübadiləsi ilə müşaiyət olunub.

Vüsal Şıxəliyevin sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 13 iyul 2016-cı ildə yaradılan Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya effektiv koordinasiya, davamlı əməkdaşlıq və inklüzivliyə əsaslanan idarəetmə modeli əsasında biznes mühiti islahatlarının sürətləndirilməsinə mühüm töhfə verməkdədir.

“Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən “İqtisadi İslahatların İdarəedilməsi Modeli” İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Dövlət Xidmətlərində İnnovasiyaların Observatoriyası (OPSI) platformasında Azərbaycandakı “İqtisadi İslahatların İdarəedilməsi Modeli” nümunəvi innovativ təcrübə kimi rəsmən qəbul olunmuşdur”, - deyə Vüsal Şıxəliyev bildirib.

Vüsal Şıxəliyev 2023-2024-cü illər ərzində Komissiya çərçivəsində irəli sürülən bir sıra iqtisadi təşəbbüslərdən, hazırlanmış islahat layihələri haqqında geniş məlumat təqdim edib.

“Bu dövr ərzində Komissiya müvafiq dövlət qurumlarının rəhbərliyi altında 35-dən çox normativ hüquqi aktın layihəsini hazırlamış, biznes mühitinin əlverişliliyinin artırılmasına xidmət edən mühüm qanunvericilik sənədləri qəbul olunmuş, yeni elektron xidmətlər və platformalar istifadəyə verilmiş, elektron sistemlərin tətbiq dairəsi genişləndirilmişdir”, - Vüsal Şıxəliyev əlavə edib.

Cari il üçün olan prioritet istiqamətlərdən danışan Vüsal Şıxəliyev, biznes startapları üçün rəqəmsal dövlət xidmətlərinin genişləndirilməsi, “yaşıl” binalar və “yaşıl tikinti” ilə bağlı norma və standartların hazırlanması və qəbulu, daşınmaz əmlakın ilkin qeydiyyatı üzrə elektron sistemin yaradılması, su şəbəkəsinə qoşulma üzrə tələb olunan prosedurların, müddətin və xərclərin azaldılması və “bir pəncərə” prinsipinin tətbiqi, dövlət məşğulluq xidmətlərinin rəqəmsallaşma səviyyəsinin artırılması, "yaşıl maliyyələşmə" kimi layihələri xüsusi vurğulayıb.

“Bundan əlavə, Rəqəmsal İdarəetmə Platforması yeni iqtisadi təşəbbüslərin tətbiqinin daha da sürətlənməsinə təkan verəcəkdir. Bu platformadan əsas gözləntilərimiz qanunvericilik təşəbbüslərində elektron iştirak, işçi qrupların iclaslarında müzakirə üçün təklif və layihələrin elektron qaydada göndərilməsi, işçi qrupları ilə interaktiv əlaqənin yaradılması, biznes sahələri üzrə yeni təşəbbüs layihələri barədə qabaqcadan ətraflı məlumatın alınması və s. bu kimi istiqamətlərləri qeyd etmək vacibdir”, - Vüsal Şıxəliyev bildirib.

“B2G Forum”da həmçinin “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”, “2023-2024-cü illər ərzində aparılan ən son iqtisadi islahatlar” barədə təqdimatlar dinlənilib.

Daha sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun baş məsləhətçisi Elvira Siraczadə tərəfindən təqdim olunan “Dünya Bankının “Business Ready” hesabatı dinlənilib.

Davos formatlı “sual-cavab” sessiyası çərçivəsində Rəqəmsal İdarəetmə Platformasının idarəetmə paneli, funksional alətlər və nəzarət sistemi, Elektron Məlumatlandırma Sistemi, Komissiyanın internet portalındakı əsas yeniliklər mövzular geniş işıqlandırılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, problemlər dinlənilib, sözügedən mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Telman Əliyev tədbirin fəxri qonağı Vüsal Şıxəliyevə görüşə qatıldığına və iştirakçılarla səmimi ünsiyyətinə görə təşəkkürünü bildirib və “Caspian Energy Club”ın Fəxri üzvlük sertifikatı təqdim edib. Eyni zamanda “Caspian Energy Club”ın yeni üzvlərinə üzvlük sertifikatları təqdim olunub.

“B2G Forum” şirkət nümayəndələrinin ünsiyyəti üçün təşkil edilmiş networking hissəsi ilə yekunlaşıb.

 

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev “Caspian Energy Club”ın təşkilatçılığı ilə keçirilın “B2G Forum”da Komissiyanın 2024-cü il ərzində həyata keçirən islahatlardan məlumat verib.

Vüsal Şıxəliyevin sözlərinə görə, Komissiya tərəfindən həyata keçiriləcək yeniliklər dövlət məşğulluq xidmətlərinin rəqəmsallaşma səviyyəsinin artırılması, vergi inzibatçılığı sahəsində yeni elektron xidmətlərin yaradılması, Biznes startapları üçün rəqəmsal dövlət xidmətlərinin dairəsinin genişləndirilməsini əhatə edəcəkdir.

Среда, 17 Июль 2024 09:43

Azərbaycan nefti ucuzlaşmağa davam edir

Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.

Caspian Energy Media AZƏRTAC-a istinadla xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,84 dollar və ya 0,94 faiz azalaraq 88,59 dollar olub.

Qazaxıstan hökumətinin Oljas Bektenovun sədrliyi ilə keçirilən iclasında iqtisadiyyatın müxtəlif sahələrində süni intellekt texnologiyalarının tətbiqi üçün strateji sənəd qəbul edilib.

Qazaxıstanda Sİ-nin inkişafı və rəqəmsal mühitin hüquqi tənzimlənməsi məsələlərinə elm və ali təhsil naziri Sayasat Nurbek, həmçinin Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənayesi naziri Jaslan Madiyev məruzə edib. Süni intellektin inkişafı konsepsiyasının inkişafı Qazaxıstan hökumətinin fevralın 7-də geniş iclasında səsləndirilən Prezident Kasım-Jomart Tokayevin adından həyata keçirilir.

Qazaxıstanın Baş naziri süni intellekt texnologiyalarının tətbiqinin gündəlik vəzifələri avtomatlaşdıra biləcəyini vurğulayıb. Xüsusilə, bir sıra istehsal prosesləri, səhiyyə sahəsindəki risklərin hesablanması, fövqəladə halların proqnozlaşdırılması, təhdidlərin və kiberhücumların əvvəlcədən müəyyənləşdirilməsi. Sİ-nin tətbiqi üçün iqtisadiyyatın prioritet sektorları, o cümlədən dövlət idarəçiliyi, neft və qaz, mədən, enerji, nəqliyyat, logistika, su təchizatı və kənd təsərrüfatı sahələrində təbii inhisar subyektləri qeyd edildi.

Daha ətraflı

На заседании Правительства Казахстана под председательством Олжаса Бектенова принят стратегический документ для внедрения технологий искусственного интеллекта в различные сферы экономики.

По вопросам развития ИИ в Казахстане и правового регулирования цифровой среды доложили министр науки и высшего образования Саясат Нурбек, а также министр цифрового развития, инноваций и аэрокосмической промышленности Казахстана Жаслан Мадиев. Разработка Концепции по развитию искусственного интеллекта реализуется по поручению Президента Касым-Жомарта Токаева, озвученного на расширенном заседании Правительства Казахстана 7 февраля т.г.

Премьер-Министр Казахстана подчеркнул, что применение технологий искусственного интеллекта способно автоматизировать рутинные задачи. В частности, ряд производственных процессов, расчеты рисков в сфере здравоохранения, прогнозирование ЧС, заблаговременное выявление угроз и кибератак. Отмечены приоритетные секторы экономики для внедрения ИИ, среди которых госуправление, субъекты естественных монополий в нефтегазовой, горнодобывающей, энергетической, транспортной, логистической, водоснабжающей и сельскохозяйственной отраслях.

Об этом сообщает Caspian Energy Media со ссылкой на Пресс-службу Правительства Республики Казахстан.

Подробнее

 

Вторник, 16 Июль 2024 16:25

Oğuza yeni icra başçısı təyin edilib

Oğuz rayonunun icra başçısı dəyişdirilib.

Caspian Energy Media məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncamlar imzalayıb.

Dövlət başçısının imzaladığı sənədə əsasən, Eyvaz Daşdəmir oğlu Qurbanov Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və digər sərəncamla bu vəzifəyə Cavid Teyrun oğlu Əbdul-Qədirov təyin edilib.

Сменился глава Исполнительной власти Огузского района.

Как сообщает Caspian Energy Media, президент Ильхам Алиев подписал соответствующее распоряжение.

Согласно распоряжению, Эйваз Дашдамир оглу Гурбанов освобожден от должности главы исполнительной власти Огузского района, другим распоряжением на эту должность назначен Джавид Тейрун оглу Абдул-Гадиров.

Azərbaycan və İsrail “yaşıl enerji” sahəsində layihələri müzakirə edib.

Caspian Energy Media xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

"İsrailin regional əməkdaşlıq naziri David Amsalem ilə keçirilən görüşdə karbohidrogen sektorunda inkişaf edən əməkdaşlığımıza, ölkəmizdə bərpa olunan enerji sahəsində istehsal və ixrac istiqamətlərində həyata keçirilən layihələrə və ikitərəfli enerji əlaqələrini möhkəmləndirəcək perspektivlərə dair müzakirələr apardıq”, - P. Şahbazov qeyd edib.

Азербайджан и Израиль обсудили проекты в области "зеленой энергии".

Как сообщает Caspian Energy Media, об этом министр энергетики Пярвиз Шахбазов написал в социальной сети "X".

Он отметил, что на встрече с министром регионального сотрудничества Израиля Давидом Амсалемом были обсуждены развивающееся сотрудничество в углеводородном секторе, реализуемые в Азербайджане проекты в области производства и экспорта возобновляемой энергии, а также перспективы укрепления двусторонних энергетических связей.

 

Министр экономики Микаил Джаббаров встретился с министром регионального сотрудничества Израиля Давидом Амсалемом.

Как сообщает Caspian Energy Media со ссылкой на Минэкономики, на встрече обсуждались вопросы экономического сотрудничества между Азербайджаном и Израилем. Были оценены возможности укрепления торгово- экономических отношений, а также стороны бменялись мнениями по развитию сотрудничества в частном секторе.

Подробнее

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ