Super User
Azərbaycan paraüzgüçüsü Paris-2024-də iştirak edəcək
Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov “Paris-2024” Yay Paralimpiya Oyunlarında iştirak edəcək.
V.İsrafilov Fransa paytaxtında SB13 kateqoriyasında 100 metr məsafəyə brass (qurbağa) üsulu ilə üzmə yarışında mübarizə aparacaq.
Bu barədə Caspian Energy Media Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
Азербайджанский парапловец примет участие в «Париж-2024»
Азербайджанский парапловец Вели Исрафилов примет участие в летних Паралимпийских играх «Париж-2024».
В.Исрафилов выступит во французской столице в заплыве на дистанцию 100 метров брассом в категории SB13.
Об этом соообщает Caspian Energy Media со ссылкой на Министерство молодежи и спорта.
Цена азербайджанской нефти достигла 88 долларов
На мировых биржах цена азербайджанской нефти повысилась.
Как сообщает Caspian Energy Media со ссылкой на АЗЕРТАДЖ, цена за баррель нефти марки «Азери Лайт», повысившись на 0,65 доллара, или на 0,74 процента, составила 88 долларов.
120-Caspian Energy 2023
Honkonq Kore Akademiyası ilə elmi əməkdaşlıq məsələləri müzakirə edilib
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Çin Xalq Respublikasına səfəri çərçivəsində Honkonq Kore Akademiyasının Cuci Filialında olub.
Caspian Energy Media AMEA-ya istinadən xəbər verir ki, Honkonq Akademiyasının rəhbərliyi ilə Cuci şəhərindəki elmi mərkəzdə keçirilən görüşdə Azərbaycan-Çin elmi əlaqələrindən söhbət açılıb, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.
Bakıda genişmiqyaslı daxili ümumşəhər iməciliyi keçiriləcək
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən iyunun 22-də paytaxtda növbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyinin keçirilməsi qərara alınıb.
Caspian Energy Media AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə, özlərinə məxsus obyekt və mənzillərin pəncərələrini, vitrinlərini, ətraf ərazilərini təmizləməyə çağırır.
“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı
“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı işini panel müzakirələrlə davam etdirir.
Caspian Energy Media AZƏRTAC-a istinadən xəbər verir ki, iyunun 19-da - toplantının ilk günündə “Çağırışın statusunun icmalı”, “Balanslaşdırma, azaltma, uyğunlaşma və davamlılıq” və “İqlim dəyişikliyi və onun su, biomüxtəliflik və ərzaq təhlükəsizliyi ilə əlaqələri” mövzusunda panel müzakirələr aparılıb.
İşini iyunun 21-də yekunlaşdıracaq tədbirin panel müzakirələrindən ikisi Zəngilan rayonunda təşkil olunacaq.
Azərbaycan nefti 88 dollaradək bahalaşıb
Dünya bazarında Azərbaycan nefti bahalaşıb.
Caspian Energy Media AZƏRTAC-a istinadən xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,65 dollar və ya 0,74 faiz artaraq 88 dollar olub.
Azərbaycan və Albaniya biznes dairələri arasında görüş keçirilib
Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Cirokastra Regionu Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı və Albaniya Ticarət və Sənaye Palataları İttifaqının iştirakı ilə hər iki ölkənin biznes dairələri arasında görüş keçirilib.
Caspian Energy Media AZPROMO-ya istinadən xəbər verir ki, görüşdə turizm, investisiya, sənaye, ticarət və logistika sektorlarında fəaliyyət göstərən 17 Albaniya və 18 Azərbaycan şirkəti iştirak edib.
Tədbir sahibkarlar arasında B2B formatda görüşlərlə davam edib.
Azərbaycan – BƏƏ işgüzar sessiyası keçirilib
Bakıda Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nazirlərinin Təcrübə Mübadiləsi Forumu çərçivəsində “İqtisadi diversifikasiya və investisiyalar” mövzusunda sessiya keçirilib.
Caspian Energy Media AZPROMO-ya istinadən xəbər verir ki, sessiyada ölkələrimizdə yüksək texnologiyalar, kənd təsərrüfatı, turizm və bərpa olunan enerji sahələrinin ortaq təşəbbüslərlə artımının dəstəklənməsi ətrafında fikir mübadiləsi aparılıb.