Super User

Super User

21 мая Президент Азербайджанской Республики Ильхам Алиев принял министра инвестиций, промышленности и торговли Республики Узбекистан Лазиза Кудратова. Об этом передает Caspian Energy Media со ссылкой на официальный сайт главы Азербайджанского государства.

Вторник, 21 Май 2024 11:17

Azərbaycan neftinin bahalaşması davam edir

Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb.

Caspian Energy Media AZƏRTAC-a istinadən xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,13 dollar və ya 0,15 faiz artaraq 84,95 dollar olub.

Caspian Energy Media xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yenilənmiş 1 qəpiklik metal pul nişanları tədavülə buraxılıb.

Yenilənmiş 1 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.

Daha ətraflı: https://www.cbar.az/press-release-4605/azrbaycan-respublikasinin-mrkzi-banki-yenilnmis-1-qpiklik-metal-pul-nisaninin-tdavul-buraxilmasini-elan-edir

Caspian Energy Media İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir ki, mayın 20-də İqtisadi Zonaların İnkişafı Agentliyində (İZİA) İsrailin Azərbaycandakı səfirinin müavini Yoav Bistritskilə görüş keçirilib.

İZİA-nın İdarə Heyəti sədrinin müavini Fuad Məhərrəmov ölkəmizdə fəaliyyət göstərən iqtisadi zonalar, burada sahibkarlar üçün mövcud investisiya imkanları barədə məlumat verib, iqtisadi zonalarının təqdimatı keçirilib.

Bakıda Azərbaycan-Tacikistan biznes forumu çərçivəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “TALCO” ASC arasında Anlaşma Memorandumu imzalanıb.

Caspian Energy Media “Azərbaycan İnvestisiya Şirkəti”nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Anlaşma Memorandumu Tacikistan Respublikasının “TALCO” alüminium zavodunun istehsal gücünün artırılması ilə əlaqədar investisiya imkanlarının və iqtisadi səmərəliliyinin araşdırılması məqsədi daşıyır.

Layihə çərçivəsində Azərbaycan idxalçılarının ilkin alüminiumu daha sərfəli şərtlərlə əldə etməsi məqsədilə “TALCO" ASC zavoduna investisiya yatırılması imkanları nəzərdən keçiriləcək.

 

Caspian Energy Media Sahibkarlığın İnkişafı Fonduna istinadən xəbər verir ki, Bakıda təşkil edilən Azərbaycan-Tacikistan biznes forumu çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və Tacikistanın Dövlət Unitar Sənaye və İxrac Bankı "Sanoatsodirotbonk" arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumda qurumlar arasında birgə əməkdaşlığın təmin edilməsi, eləcə də dəstək mexanizmlərinin həyata keçirilməsi və idarə edilməsində təcrübə mübadiləsi nəzərdə tutulub.

Azərbaycanda fəaliyyət göstərən və dünyaca məşhur “Coca-Cola” şirkətinin sərinləşdirici içki məhsullarını istehsal edən “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin yeni investisiya planlarına uyğun olaraq, qurumun ölkədə ikinci istehsal müəssisəsinin təməlqoyma mərasimi keçirilib. Caspian Energy Media dövlət vergi xidmətinə istinadən xəbər verir ki, yeni istehsal müəssisəsinin təməlqoyma mərasimi İsmayıllı rayonunda keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova iştirak ediblər. 

Daha ətraflı: https://www.taxes.gov.az/az/post/3298

20 мая Президент Азербайджанской Республики Ильхам Алиев принял делегацию во главе с председателем Сейма Латвии Дайгой Миериней. Об этом передает Caspian Energy Media со ссылкой на официальный сайт главы Азербайджанского государства.

Более подробно читайте на https://president.az/ru/articles/view/65908

Понедельник, 20 Май 2024 14:41

Azərbaycan-Tacikistan biznes forumu keçirilib

Bakıda Azərbaycan-Tacikistan biznes forumu keçirilib.

Bu barədə Caspian Energy Media iqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

Bakıda təşkil edilən Azərbaycan-Tacikistan biznes forumunda ölkələrimizin biznes və investisiya mühiti barədə məlumat verilib, ikitərəfli sənədlər imzalanıb, B2B formatda görüşlər olub.

Daha ətraflı: https://www.economy.gov.az/az/post/2048/azerbaycan-tacikistan-biznes-forumu-kecirilib

Caspian Energy Media kənd təsərrüfatı nazirliyinə istinadən xəbər verir ki, İtaliyanın paytaxtı Roma şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa Regional Konfransının (ERC) 34-cü Sessiyası keçirilib. Tədbirdə 53 ölkədən dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatların nümayəndələri və aqrar sahədə çalışan mütəxəssislər iştirak edib.

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Dünya Ərzaq Təhlükəsizliyi Komitəsinin (CFS) sədri Nosipho Jezile ilə görüş keçirilib. Görüşdə aqrar sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi, əməkdaşlıq perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. 

Daha ətraflı: https://www.agro.gov.az/az/news/200520242

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ