Super User

Super User

Переговорам предшествовала церемония встречи Президента Казахстана в дворцовом комплексе «Огузхан». Главы государств представили друг другу членов официальных делегаций.  В завершение встречи стороны заявили о готовности продолжить совместную работу по дальнейшему укреплению дружеских отношений между Казахстаном и Туркменистаном.

Об этом сообщает "Caspian Energy Media" со ссылкой на Официальный сайт Президента Республики Казахстан.

Официальный визит Касым-Жомарта Токаева в Туркменистан начался со встречи с Председателем Халк Маслахаты Гурбангулы Бердымухамедовым. В ходе встречи состоялся обмен мнениями по ключевым вопросам двустороннего политического, торгово-экономического и культурно-гуманитарного сотрудничества. 

Об этом сообщает "Caspian Energy Media" со ссылкой на Официальный сайт Президента Республики Казахстан.

Подробнее

В рамках регионального форума в Бельгии, заместитель министра экологии, охраны окружающей среды и изменения климата Искандар Кутбиддинов провел встречу с генеральным директором Международного союза охраны природы (МСОП) Гретель Агилар, директором Европейского регионального офиса МСОП Борисом Эрг и директором Регионального офиса МСОП для Восточной Европы и Центральной Азии Оливером Аврамовски.

Об этом сообщает “Caspian Energy Media” со ссылкой на сайт Министерства Министерство экологии, охраны окружающей среды и климата.

 COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qazaxıstanlı həmkarı Yerlan Nısanbayevlə görüşüb.

“Caspian Energy Media” xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.

"Bakıda bu gün keçirilən Yüksək Səviyyəli Dialoqda COP29 sədrləri Qazaxıstan Respublikasının ekologiya və təbii sərvətlər naziri cənab Yerlan Nısanbayev ilə görüşüb və Mərkəzi Asiyada iqlim dəyişikliyi ilə mübarizə istiqamətində göstərilən səyləri müzakirə ediblər", - məlumatda qeyd olunub.

Президент СОР29, министр экологии и природных ресурсов Азербайджана Мухтар Бабаев провел встречу с коллегой из Казахстана Ерланом Нысанбаевым.

Как передает “Caspian Energy Media”, об этом говорится на официальной странице СОР29 в социальной сети "Х".

"На сегодняшнем диалоге высокого уровня в Баку председатели COP29 встретились с министром экологии и природных ресурсов Республики Казахстан г-ном Ерланом Нысанбаевым и обсудили текущие усилия по борьбе с изменением климата в Центральной Азии", - говорится в публикации.

Государственная нефтяная компания Азербайджана (SOCAR) обсудила с японской компанией возможности сотрудничества в сферах энергетического перехода и декарбонизации.

Как сообщает “Caspian Energy Media” со ссылкой на госкомпанию, переговоры состоялись между президентом SOCAR Ровшаном Наджафом и президентом Yokogawa Europe B.V., вице-президентом Yokogawa Electric Corporation Сеита Хагихара.

На встрече также рассмотрены перспективы расширения отношений, сотрудничество в цифровизации производства, переработке и других сферах.

9 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Yokogawa Europe B.V.” şirkətinin prezidenti və “Yokogawa Electric Corporation”ın vitse-prezidenti Seita Hagihara ilə görüşüb.

Görüşdə şirkətlər arasında mövcud əməkdaşlıqdan məmnunluq ifadə edilib, əlaqələrin genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.

Tərəflər hasilat, emal və digər sahələrin rəqəmsallaşdırılması, enerji keçidi, dekarbonizasiya istiqamətlərində əməkdaşlıq imkanlarını müzakirə edib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bu barədə “Caspian Energy Media” SOCAR-a istinadən xəbər verir.

Azərbaycan Asiya İnkişaf Bankı (ADB) ilə nəqliyyat, xüsusilə dəmiryolu və metro sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.

"Caspian Energy Media" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib. Müzakirələr R. Nəbiyevin ADB-nin Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktorunun müavini Şiahonq Yanqla keçirdiyi görüşdə baş tutub.

Азербайджан и Азиатский банк развития обсудили возможности сотрудничества в сфере транспорта, в частности в области железных дорог и метро.

Как сообщает "Caspian Energy Media", об этом министр цифрового развития и транспорта Рашад Набиев написал в социальной сети "X".

Обсуждения состоялись в рамках встречи министра и заместителя генерального директора Департамента Центральной и Западной Азии АБР Шиахонгой Янг.

“Caspian Energy Club” Azərbaycanın regionlarında biznesin inkişafına və ticarət mühitinə töhfə vermək məqsədilə Xudat şəhərində yerləşən "Food City Agrocomplex"ə “Business Tour” təşkil edib. Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.

“Business Tour” çərçivəsində iştirakçılara "Food City Agrokomplex" haqqında ətraflı məlumat verilib, iş prosesləri ilə yaxından tanış olma imkanı yaradılıb. İştirakçılar həmçinin logistika və beynəlxalq ticarət sahəsindəki əsas aspektləri müzakirə edərək, qida məhsullarının təhlükəsizliyinin təmin olunmasında tətbiq olunan ən son texnologiyalar və metodlarla tanış olublar. Eyni zamanda müxtəlif şirkətlər arasında əməkdaşlıq imkanları və ticarət zənciri üzrə biznes networking-in inkişafı kimi əhəmiyyətli mövzular da müzakirə edilib.

Telman Əliyev "Food City Agrocomplex" rəhbərliyinə dərin təşəkkürünü bildirərək, “Bu səfər yalnız təcrübə mübadiləsi deyil, eyni zamanda Azərbaycanda aqrar-sənaye sektorunun təqdim etdiyi unikal imkanları kəşf etməyə şərait yaradır; bu sektor, kənd təsərrüfatı sahəsində yeni nailiyyətlərin şahidi olduğumuz müasir inkişafla sahibkarlar üçün zəngin və perspektivli potensiala malikdir. Eyni zamanda, bu layihə Azərbaycana idxal və ixrac imkanlarını artırmaqla, logistik haba çevrilməsi yolunda daha bir uğurlu addım olacaq və regional ticarətin inkişafına, iqtisadi əlaqələrin güclənməsinə töhfə verəcək.

Platformanın bir sıra üstünlükləri var, amma əsas üstünlüklərindən biri KOBİA mərkəzinin burada mövcudluğudur. Bu, təşkilatın sahibkarlarla sıx əməkdaşlıq etdiyini və dayanıqlı inkişaf yolunda maneəsiz irəliləmə üçün müxtəlif şəraitlər yaratdığını bir daha vurğulayır. Eyni zamanda, bu təşkilat, sahibkarların dövlət strukturları ilə əlaqələrini asanlaşdırmaq və kommunikasiyanı təkmilləşdirmək üçün bütün mümkün səyləri göstərir. Bu, müasir biznes mühitinin tələblərinə uyğun olaraq, sahibkarların daha effektiv fəaliyyət göstərmələrinə kömək edir”, – deyə qeyd edib.

"Food City Agrocomplex"in baş icraçı direktoru Anar Ağayev salamlama nitqində əldə etdikləri təcrübəni bölüşməkdən məmnunluğunu ifadə edib.

“COP29-un Azərbaycanda keçirilməsi və “Yaşıl dünya naminə həmrəylik ili”nin elan edilməsi ölkəmizdə aqrar sektora da öz müsbət təsirini göstərməkdədir. Bizim məqsədimiz yalnız uğurlu layihələr həyata keçirmək deyil, eyni zamanda gələcək nəsillərə daha yaşıl bir dünya miras qoymaqdır”, Anar Ağayev vurğulayıb.

“Food City Agrocomplex”in  Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin üzərində yerləşməsinin sahibkarlar üçün böyük fürsətlər yaratdığını vurğulayan baş icraçı direktor əminliklə bildirib ki, kompleksin fəaliyyəti ilə Azərbaycanın idxal-ixrac potensialı daha da inkişaf edəcək. Onun sözlərinə görə, Aqrokompleksin “Bir pəncərə” prinsipi əsasında sahibkarlar rəsmiləşdirmə, terminal xidmətləri, saxlanc, çeşidləmə, qida təhlükəsizliyi laboratoriyası və digər çoxsaylı əməliyyatlar üzrə ixtisaslaşmış xidmətlərə çıxış əldə edirlər ki, bu da onlara işlərini daha sürətli həll edərək məhsullarını qısa zamanda ixrac etmək imkanı qazandırır.

“Dövlət və özəl sektor tərəfdaşlığı ilə kompleks layihələr həyata keçirmək missiyamıza uyğun olaraq “Food City Agrocomplex”də tətbiq edilən İdxal-ixrac sənədləşmələri, Bütün növ bank xidmətləri, Mənşə sertifikatının verilməsi, Fitosanitar sertifikatın verilməsi, İdxal-ixrac əməliyyatlarına nəzarət, Çevik idarəetmə sistemi ilə səmərəli əlaqələndirmə və s. bu kimi əməliyyatlar bir nöqtədə toplanıb. Bu da nəticə etibarilə Azərbaycan sahibkarı üçün böyük imkanlar yaradır. Bundan əlavə qeyd etmək istərdim ki, terminal və gömrüklə bağlı xidmətlər, effektiv yükaşırma əməliyyatları sahibkarlamız üçün faydalı imkanları təmin edir. Belə ki, “Agrocomplex”in ekosisteminə daxil olan gömrük zonasında kameralı soyuducular və qapalı tipli müvəqqəti gömrük saxlanc anbarları, eyni zamanda saatda 20-25 tıra xidmət göstərə bilən X-Ray yoxlama-baxış sistemi yerləşir. Bundan başqa, ölkəmizin tranzit potensialının daha da genişləndiyi bir vaxtda “Food City Alliance”ın logistik terminalında tranzit yükaşırmaları da həyata keçirilir. Bütün bunların kompleks şəkildə olması sahibkarlara həm vaxta qənaət etməyə, həm də planladıqları zaman çərçivəsində məhsul ixracını həyata keçirməyə imkan yaradır”, - Anar Ağayev bildirib.

“Business Tour”a beynəlxalq ticarət, logistika və brokerlik sahələrində fəaliyyət göstərən şirkətlərin rəhbərləri və müavinləri qatılıb.

Səfərin əsas hissəsi, iştirakçıların 20-dən çox  B2B formatlı görüşləri olmuşdur. Bu danışıqlar əsnasında sahibkarlar müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini araşdırmaq, yeni əlaqələr qurmaq və müvafiq layihələrin icrası üçün fikir mübadiləsi aparmaq imkanı əldə ediblər. Daha sonra yeni şirkətlərə “Caspian Energy Club”a üzvlük sertifikatları təqdim olunub. Yekunda “Caspian Energy Club”ın üzvləri ilə əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi ehtimalları müzakirə olunub.

“Food City Agrocomplex” 11.71 ha ərazini əhatə edən, idxal-ixrac əməliyyatlarının “Bir pəncərə” prinsipi ilə rəsmiləşdirilməsi, logistika, saxlanc, çeşidləmə, qida təhlükəsizliyi laboratoriyası və digər çoxsaylı əməliyyatlar üzrə ixtisaslaşmış aqroklasterdir. Logistika mərkəzi ildə 500,000 ton yükaşırma potensialına malikdir. Qida məhsullarının təhlükəsizlik laboratoriyası isə agrokompleksin əsas ekosistem komponentlərindən biridir və gündə 24 fərqli test, həmçinin 400-ə qədər tədqiqat prosedurlarını həyata keçirmək qabiliyyətinə malikdir.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. “Caspian Energy Club”ın həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində “Caspian Energy Club”ın fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə “Caspian Energy Club”ın  fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

 

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ