Bu ilin 5-8 iyun tarixlərində "Roskonqress" fondunun təşkilatçılığı ilə XXVII Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (PMEF-2024) keçiriləcək.
Caspian Energy Media AZPROMO-ya istinadən xəbər verir ki, forum çərçivəsində müxtəlif işgüzar tədbirlər, o cümlədən 5 iyun tarixində "KOB-ların Beynəlxalq Əməkdaşlıq Günü" forumu keçiriləcək.
Qeyd edək ki, PMEF-2023-ə 130 ölkədən 17 min iştirakçı qatılıb, forum çərçivəsində 200 tədbir keçirilib, bağlanan sazişlərin ümumi dəyəri isə 42 mlrd. ABŞ dollarını üstələyib.
PMEF-2024-də iştirak etmək istəyən sahibkarlar aşağıdakı elektron poçt və ya telefon nömrələri vasitəsi ilə əlaqə saxlaya bilərlər:
E-mail: Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра.
Tel.: (+99412) 598-01-47/48 (daxili 3644)