Среда, 22 Май 2024 16:52

Latviyada Mərkəzi-Baltik-Azərbaycan Forumu keçiriləcək

Mayın 28-də Riqada Latviyanın ən böyük biznes assosiasiyası — Latviya Ticarət və Sənaye Palatasının (LTRK) təşkilatçılığı ilə Mərkəzi-Baltik-Azərbaycan Biznes Forumu keçiriləcək. Forum iqtisadi əlaqələrini və əməkdaşlıq imkanlarını müzakirə etmək üçün Azərbaycan, Latviya, Estoniya və Finlandiyadan iş adamlarını və rəsmilərini bir araya gətirəcək.

Forum ölkələr arasında təkcə iqtisadi deyil, həm də siyasi və mədəni əməkdaşlığı inkişaf etdirmək, müxtəlif sektorlarda uzunmüddətli əlaqələr qurmaq imkanı verəcək, həmçinin iştirakçılara biznesin idarə edilməsi, iqtisadi inkişaf və innovasiyalar sahəsində bilik və təcrübə mübadiləsi aparmağa, qabaqcıl təcrübə və ən son nailiyyətləri öyrənməyə imkan verəcək.

10-dan çox şirkətdən ibarət Azərbaycan nümayəndə heyəti, habelə Caspian Energy Club-ın nümayəndələri iştirak edəcəyi forum çərçivəsində Azərbaycanda biznes mühiti ilə bağlı aktual məlumatlar təqdim olunacaq.

Forum European Union Central Baltic proqramı çərçivəsində yaradılmış LEF Network Azerbaijan layihəsi çərçivəsində təşkil olunub. Keçən ildən başlayan layihə növbəti 3 il ərzində yaşıl texnologiya, informasiya texnologiyaları və təhsil sektorlarında fəaliyyət göstərən şirkətlərə dəstək verəcək. Bu layihə çərçivəsində 36 ay ərzində Finlandiya, Estoniya, Latviya və Azərbaycan şirkətləri arasında İKT, yaşıl texnologiyalar və təhsil sahəsində müqavilələrin imzalanması planlaşdırılır.

Daha ətraflı

 

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Caspian Energy Club International 2023-cü ildə Caspian Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. Caspian Energy Club International-ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

Read 517 times Last modified on Среда, 22 Май 2024 14:20

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ