Понедельник, 10 Июнь 2024 16:25

Güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatları müəyyənləşib

2024-cü ilin ilk beş ayı ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 2261 layihənin maliyyələşdirilməsinə 83,4 milyon manat güzəştli kredit verilib.

Bu barədə Caspian Energy Media SİF-ə istinadən xəbər verir.

Həmin dövrdə verilmiş güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarına isə "Bank Respublika" ASC, "Rabitəbank" ASC, "Azərbaycan Beynəlxalq Bankı" ASC, "AccessBank" QSC və "Yelo Bank" ASC daxildir.

Read 358 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ