Понедельник, 10 Июнь 2024 17:22

SİF sahibkarlarla görüş keçirib

Sahibkarlığın İnkişafı Fondunun (SİF) və Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilib.

Caspian Energy Media SİF-ə istinadən xəbər verir ki, tədbir çərçivəsində sahibkarlara SİF-in fəaliyyət istiqamətləri, o cümlədən maliyyə mexanizmləri ilə bağlı ətraflı məlumat verilib. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə layihə həyata keçirmək istəyən sahibkarlara zəmanət və subsidiya mexanizminə müraciət qaydası izah edilib. Həmçinin onları maraqlandıran suallar cavablandırılıb.

 

Read 262 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ